Mexanizmlərin müəyyən olunmuş yükqaldırma qabiliyyətinə əməl edilməlidir. Qaldırılan yükə görə zəncir və kanat müntəzəm asılmalıdır ki, onlara düyün düşməsin və əlavə burulma olmasın. Zəncir və kanatın çəpinə dartılmasına yol verilməməlidir. Çünki bu zaman yük ləngər vurar.
Traktor və kombayn mühərriklərini, arxa və qabaq körpülərini, müxtəlif profilli metalları və başqa növ yükləri qaldırmaq lazım gəlir. Bunun üçün xüsusi tutuculardan, kəlbətinlərdən istifadə olunur.
Yükü səlist surətdə qadırıb-endirmək lazımdır. Bu zaman təkanla trosu çəkmək olmaz. Qaldırılıbendirilən yük, dayaq üzərində etibarlı surətdə qoyulmalıdır. Bundan sonra onu kanatdan, zəncirdən, tutucudan və başqa buna oxşar tərtibatdan azad etmək olar. Yük qaldırılan zaman aşağıdakılar qadağan edilir:
6.4.1. Sexdaxili nəqliyyatdan istifadə etdikdə təhlükəsizlik tədbirləri
Elektrik yükləyicilərini (Şəkil 6.20) və elektrik kranlarını (Şəkil 6.21) yaşı 18-dən az olmayan şəxslər idarə etməlidir. Həmin şəxslərin idarə etmək haqda vəsiqəsi olmalıdır. Avtoyükləyiciləri və avtomobili idarə edən şəxslərin sürücülük vəsiqəsi olmalıdır.
Təmir emalatxanasında, döngələrdə, binaların küncündə, yola çıxdıqda və dar yerlərdə elektrik kranın hərəkət sürəti 3 kilometr/saatdan artıq olmamalıdır.
Daşınan yük sürücünün görmə sahəsini məhdudlaşdırmamalıdır. Yerə dəyməməli və nəqliyyat vasitəsinin yanlarından kənara çıxmamalıdır.