6.4. Yükqaldırıcılardan və nəqliyyat vasitələrindən istifadə edilməsi

Kranları (Şəkil 6.15), yükləyici və daşıyıcı mexanizmləri yalnız öyrədilmiş və uyğun vəsiqəsi olan şəxslər idarə edə bilərlər.

Daimi işlədilən yükqaldırıcı maşınlar hər 12 aydan bir, az işlədilənlər isə hər 3 ildən bir texniki şəhadətləndirilir.

Yüktutucu tərtibatlara aşağıdakı kimi vaxtaşırı baxış keçirilir:

  • Traverslər-hər 6 aydan bir (Şəkil 6.16);
  • Kəlbətin və başqa tutucular-hər aydan bir (Şəkil 6.17);
  • Kanatlar-hər 10 gündən bir (Şəkil 9.18).

Yükqaldırıcı qurğuların növbədənkənar şəhadətləndirilməsi onların əsaslı təmirindən sonra yerinə yetirilir.

Baxışın nəticələri yükqaldırıcı qurğuların xüsusi qeydiyyat jurnalında qeyd edilir. Bu zaman hər bir yükqaldırıcı mexanizmə baxışın nəticələri qeyd olunur. Yükqaldırma qabiliyyəti həmin qaldırıcı mexanizmin istismarına məhsul şəxsin soyadı qeyd edilir.

Polad kanatların istismarı zamanı yeyilmə dərəcəsinə görə çıxdaş edilir. Bununla yanaşı, kanatdakı sarğının bir addımına düşən qırıq naqillərin sayına görə istismardan çıxarılır.

Kanatın səthində yeyilmə və pas olduqda çıxdaş edilmə üçün hər addıma düşən qırıq naqillərin miqdarı aşağıdakı kimi azaldılmalıdır. Yeyilmə və paslanma nəticəsində naqilin diametrinin kiçilməsi 10 (15) 20 (25) 30 faizdən çox ola bilər. Bir addıma düşən qırıq naqillərin miqdarı 85 (75) 70 (60) 50 faiz qədər ola bilər. Yeyilmə və paslanma nəticəsində kanat naqilinin diametri əvvəlki diametrinin 40 faizi qədər olarsa, belə kanat çıxdaş edilir.

Şəkil 6.15. Qaldırıcı kran

Şəkil 6.16. Travers

Şəkil 6.17. Qaldırıcı kranın kəlbətini

Şəkil 6.18. Kranın kanadı