Lazım olduqda işçi yerləri əlavə avadanlıqlarla təchiz edilir. Bunlara qaldırıcı-daşıyıcı qurğular, stendlər, çilingər dolabı və başqa avadanlıqlar daxildir (Şəkil 6.3).
6.2. Təmir texnoloji avadanlıqlar ilə işlədikdə təhlükəsizlik tədbirləri
Nasaz avadanlıqla, fırlanan və hərəkət edən mexanizmlə işlədikdə, xüsusi ilə, diqqətli olmaq lazımdır. Həmin mexanizm və qovşaqların etibarlı qoruyucu örtüyü olmadıqda işləmək qadağandır. İş zamanı istifadə olunan xüsusi geyimin bütün düymələri düymələnmiş olmalıdır. Bununla yanaşı, saçları örtən baş geyimində işləmək lazımdır.
Alət və emal edilən hissə stend və qurğuya bərkidilə və ya çıxarıla bilər. Bu yalnız dəzgahın işi tam dayandırıldıqdan sonra aparılmalıdır. Emal edilən hissə çilingər məngənəsinə bərkidilir. Bundan başqa, hissələrin sürüşməsinə yol verməyən başqa tərtibatda boltlarla möhkəm bərkidilməklə emal edilə bilər. Deşici dəzgahda əlcəklə işləmək olmaz. Bununla yanaşı, deşmə zamanı alətlərdən düzgün istifadə olunmalıdır (Şəkil 6.4).
Şəkil 6.4. Deşmə zamanı təhlükəsizlik tədbirləri