Zavod tərəfindən verilən təlimata əsasən hər bir maşının işlədilib-açılması ardıcıllıqla yerinə yetirilir.
Maşınların işlədilib-açılma prosesi başa çatdıqdan sonra baxış keçirilir. Lazımi texniki xidmət işləri yerinə yetirilir. Ən əsası karterin yağı dəyişdirilir. Sonra akt tərtib olunur və maşın istismara buraxılır.
Təmirdən çıxan maşın işlədilib-açılmamışdırsa, istifadə üçün hazır hesab olunmur. Belə maşınlar istismara buraxılmır. Hissələrin səthində olan kələ-kötürlük və çıxıntılar işlədilib- açılma zamanı aradan qaldırılır. Hissələr bir-birinə tədricən uyğunlaşır. İşlədilib-açılma dövründə maşınların yığılması zamanı yol verilən nöqsanlar aşkar olunur. Bununla yanaşı, aparılan nizamlamaların düzgünlüyü yoxlanılır.
Maşınların işlədilib-açılmasından əvvəl onun komplektliyi (ümumi vəziyyəti) yoxlanılır. Bunun üçün kənardan baxılmaqla onun xarici vəziyyəti müəyyən olunur. Bununla yanaşı, tormozların, sükan idarəetmə mexanizminin, ilişmə muftasının və şinlərdə havanın təzyiqinin texniki şərtlərə uyğunluğu yoxlanılır. Maşınlara yanacaq, yağ və su doldurulur. Müəyyən yağlama işləri aparılır. İşlədilib-açılma soyuq və isti halda aparıla bilər. İşlədilib-açılma soyuq halda aparılır. Bu zaman temperatur müsbət 5 dərəcə selsidən aşağı düşür.
Bu halda mühərrikin karterinə 70-80 dərəcə selsi temperatura qədər qızdırılmış yağ, radiatora isə isti su tökülür. Bundan sonra işəsalma mühərriki işə salınır, 2-3 dəqiqə müddətində qızdırılır. Sonra işi yoxlanılır. Bundan sonra isə əsas mühərrik işə salınır. Mühərrik qızdırıldıqdan sonra boş hərəkət rejimində işləyərkən bir sıra göstəricilər yoxlanılır:
İşləmə zamanı mühərrikin səsi normal olmalıdır. Bununla yanaşı, nəzarət-ölçü cihazlarının saz olması yoxlanılır. İşıqlandırma sisteminin, siqnalın, elektrik enerjisi işlədicilərinin və digər cihazların saz olmasına baxılır.
Təmirdən çıxmış traktor və avtomobilin işlədilib-açılması yürüşə görə, yaxud sınaq stendində aparılır. Əsasən, 1, 2 və 3-cü ötürmələrdə traktorun işlədilib-açılması seçilmiş ötürmədə 10-15 dəqiqə aparılır. Yüksək ötürmələrdə 5-10 dəqiqə, arxaya hərəkətli ötürmələrdə isə 3-5 dəqiqə aparılmalıdır. İşlədilib-açılmaya ümumi vaxt sərfi 1,5-2,5 saat nəzərdə tutulur.
İstismar prosesində avtomobillərin işlədilib-açılması 100 kilometr getdiyi yürüş dövründə həyata keçirilməlidir. Bu zaman avtomobil nominal yükgötürümünün 75 faizi qədər yüklənməlidir. Yürüş zamanı yol bərk örtüklü və hərəkət sürəti aşağı olmalıdır.
İşlədilib-açılma texniki şərtə görə aşağıdakı ardıcıllıqla həyata keçirilir: