Deffektlərin aşağıdakı fiziki üsullarından istifadə olunur:
Təmir müəssisələrində maşınların təmirinin keyfiyyətinə nəzarət aşağıdakı üsullarla həyata keçirilir:
Nəzarət mərhələləri: maşınların təmirinin keyfiyyətinə texnoloji prosesin bütün mərhələlərində nəzarət edilir:
5.3. Maşınların işlədilib yoxlanılması və sınağı
Aqrar sahədə (kənd təsərrüfatında) istifadə olunan traktor, avtomobil və kombaynlar zavod tərəfindən istehsal olunduqda təzə hissələrdən yığılır. Bununla yanaşı, təmir zamanında təzə, yaxud normal ölçüyə gətirilmiş hissələrdən yığılır. İstifadə olunan hissələr dəqiqliklə emal olunur. Lakin buna baxmayaraq, hissələrin üzərində gözlə görünməyən kiçik çıxıntılar və kələ- kötürlük olur. Yığılmış maşında bu hissələr bir-biri ilə qarşılıqlı əlaqədə işləyir. Məsələn, silindr- porşen, val və yastıq və s. kimi hissələri misal göstərmək olar. Qarşılıqlı əlaqədə işləyən hissələr böyük sürətlə fırlana bilər. Həmin hissələr böyük yük altında işləyə bilər. Bu zaman onlar bir- birinin səthini cıracaq, bu isə yeyilməni artıracaqdır. Hissələrin bir-birinə sürtünən səthlərində yaranan yeyilmələr bəzən onların özünü yararsız vəziyyətə salır. Buna görə təzə təmirdən çıxmış maşınlar aşağı sürət və yük altında tədricən işlədilib-açılmalıdır. Aşağı sürət və güc altında maşınların tədricən işlədilib-açılması yuxarıda göstərilən nöqsanları aradan qaldırır. Bu zaman hissələr bir-birinə tədricən uyğunlaşır. Bu proses maşınların işlədilib-açılması və ya işə uyğunlaşdırılması adlanır. Maşınların yüksək sürət və böyük yük altında işlədilib açılması onların istismar (istifadə) müddətini azaldır. Hətta maşınların istismarı zamanı vaxtından əvvəl sıradan çıxmasına gətirib çıxarır.