Dördüncü hissədə - sərf olunan təmir materiallarının siyahısı və onların qiyməti qeyd olunur.
Beşinci hissədə - sərfiyyat cədvəli və verilmiş maşının təmirinin ümumi qiymətinin təyini verilir. Yazılmış cədvəl təmir müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Bundan sonra həmin cədvəl əsasında anbardan ehtiyat hissələri və təmir işlərini yerinə yetirmək üçün materiallar alınır. Mühərrikin sınaq və nəzarət jurnalı tərtib olunur. Həmin jurnalda sınaq nəticəsində alınan məlumatlar yazılır. Bu məlumatlara əsasən güc, yanacaq sərfi, boş gedişlərdə dirsəkli valın minimum fırlanma tezliyi kimi göstəricilər daxildir. Bununla yanaşı, sınaq və nəzarət zamanı aşkar edilən nasazlıqlar haqqında məlumatlar qeyd olunur. Müəyyən olunmuş nasazlıqların aradan qaldırılması haqqında məlumatlar yazılır.
Sınaq (işlədilib-açılma) vərəqində aşağıdakılar qeyd olunur:
Mühərrik, yanacaq, nasoslu və başqa aqreqatla ixtisaslaşmış təmir müəssisələrində təmir oluna bilər. Bu zaman akt-pasport və onların pasportu təmir olunmuş aqreqatlarla birlikdə sifarişçiyə təqdim olunur. Aqreqatlar təmir edildikdən sonra nəzarət edilir, alınmış məlumatlar sənədlərdə yazılır. Yazılmış bütün sənədlər təmirin keyfiyyətinə cavabdeh olan şəxslər tərəfindən imzalanır. Bu cavabdeh şəxslər texniki nəzarət şöbəsinin rəisi və texniki nəzarət üzrə mühəndislərdir.
Bununla yanaşı, sifarişçi təmir edilmiş maşında müəyyən olunmuş nöqsanlar haqqında akt (akt-reklamasiya) təqdim edə bilər. Nəzarətçi həmin aktda təmir müəssisəsindən buraxılan Zay məhsulları nəzərə almalıdır.
Təmir-xidmət müəssisələrində təmirin keyfiyyəti və hissələrin bərpası təmin olunmalıdır. Buna görə də təmirin keyfiyyətin idarə olunmasının kompleks sistemini işləmək mümkündür. İşlənən bu sistemdə texnikanın texniki xidmətinə və istismarına sənədləşdirmə hazırlanıır. Həmin sənədləşdirmədə təmirin keyfiyyətinin müəyyən olunması, təmin olunması və lazımi səviyyədə saxlanması nəzərdə tutulur. Müəssisənin rəhbəri və baş mühəndis məhsulların keyfiyyətinə cavabdehlik daşıyır. Onlar bu nəzarəti təlimat əsasında həyata keçirirlər. Böyük təmir müəssisələrində yoxlama işləri texniki nəzarət şöbələri tərəfindən həyata keçirilir. Kiçik təmir müəssisələrində isə yoxlamalar texniki nəzarət qrupları tərəfindən həyata keçirilir.
Təmir olunmuş maşın əvvəlcə texniki nəzarətə cavabdeh olan şəxs tərəfindən qəbul edilir. Sonra isə sifarişçiyə təqdim olunur. Başqa hallarda isə maşınların təmiri tamamlanmış hesab olunur.
Təmir müəssisəsində texniki nəzarəti həyata keçirən şöbənin, qrupların və mühəndislərin vəzifələrinə aşağıdakılar daxildir: