Kitabı alınmış məlumatlar əsasında nəzarətçi mühəndis doldurur. Sonra isə aşağıdakı ünvanlara göndərir:
-
Nəzərə alınması və təhlil olunması üçün texniki nəzarət şöbəsinə;
- Hesabat açılmalıdır. Zay məhsula görə dəyən ziyanın xərci günahkardan tutulmalıdır. Buna görə də sənədin bir nüsxəsi mühasibatlığa göndərilir;
- Zay məhsul istehsalının aradan qaldırılması ilə əlaqəli müəyyən tədbirlər görülməlidir.
Bunun üçün sənədin bir nüsxəsi sex və ya şöbə rəisinə göndərilir.
Xüsusi jurnalda yazılan aktda alınan bütün reklamasiyaları (məlumatları) nəzərə almaq lazımdır. Jurnalda, əsasən, aşağıdakılar qeyd olunur:
-
Daxilolma tarixi və nömrəsi;
-
Reklamasiyalar (məlumatlar) daxil edən təşkilatın və ya sahibkarın adı və ünvanı;
- Haqqında reklamasiya (məlumat) daxil olan maşın və ya aqreqatın nömrəsi,
- Reklamasiyaların (məlumatların) yazılmasının əsas səbəbləri;
- Defekt (çatışmazlıq) aşkar olunana qədər görülən iş. Bu işin həcmi motosaatla (iş saatı ilə) və yaxud getdiyi yürüşə, kilometrə görə müəyyən olunur;
- Reklamasiyaların (məlumatların) yoxlanmasının nəticələri, reklamasiyaya (məlumata) səbəb olan şəraitin aradan qaldırılması. Bununla əlaqəli görülən tədbirlər.
Əsas sənəd aşağıdakılardır:
- Defektləşdirmə cədvəli;
- Görüləcək işlərin smeta (ümumi) dəyərinin hesablanması;
- Mühərrikin sınaq və nəzarət baxış jurnalı;
- Maşının sınaq (işlədilib-açma) vərəqi;
- Mühərrikin akt pasportu;
- Yanacaq pasportu;
- Təmirə qəbul aktı.
Maşın söküldükdən sonra hissələr təmiz yuyulur. Bundan sonra defektləşdirmə cədvəli tərtib olunur. Cədvəl aşağıdakı hissələrdən ibarət olur.
Birinci hissədə - aşağıdakılar qeyd olunur:
- Maşın haqqında məlumatlar;
- Təsərrüfatın adı;
- Maşının adı və modeli;
- Maşının nömrəsi (zavod və dövlət);
- Sonuncu təmirin növü və ondan sonra görülən işin həcmi və s.
İkinci hissədə - defekti (çatışmazlığı) olan hissələr haqqında məlumatlar.
Üçüncü hissədə - aşağıdakılar qeyd olunur:
-
Təmir və quraşdırma işləri;
-
Müəyyən olunmuş normalar;
- Qiymətlər (tariflər) və onların ümumi dəyəri (qiyməti) haqqında məlumatlar.