Asılı nəzarət sistemi - bu sistemdə nəzarətçi, əsasən, istehsalat şöbəsinin rəisinə tabe olur. Belə ki nəzarət sistemi böyük təmir zavodlarında tətbiq olunur. Ancaq bu nəzarət sistemi zamanı buraxılan məhsulun keyfiyyətinə tam obyektiv nəzarət etmək olmur. Buna görə də sexdaxili nəzarət sistemindən istifadə olunur.
Yarım-asılı nəzarət sistemi - bu sistemdə nəzarətçi, əsasən, təmir müəssisəsinin rəhbərinə tabe olur. Nəzarətçinin işə qəbulu və çıxarılması mərkəzi təşkilat tərəfindən həyata keçirilir.
Asılı olmayan nəzarət sistemi - bu sistemdə nəzarətçi təmir müəssisəsinin rəhbərinə deyil, mərkəzi təşkilata tabe olur. Belə nəzarət sistemi daha əlverişli və obyektiv olur. Təmir müəssisəsinə mərkəzi təşkilat tərəfindən texniki nəzarətçi göndərilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, təmir müəssisələrində sürətli və məqsədli nəzarət formaları da tətbiq olunur.
Sürətli nəzarət - texniki nəzarət üzrə mühəndisin tövsiyələrinə əsasən aparılır. Bu nəzarət hər bir əməliyyat, təmir olunan hissə və aqreqatlar üzrə seçmə üsulu ilə aparılır.
Məqsədli nəzarət - ayrı-ayrı təmir işləri üzrə aşkar edilmiş müntəzəm olaraq zay məhsul buraxılışı yarana bilər.
Bunu yaradan səbəbləri müəyyən etmək üçün məqsədli nəzarət aparılır.
Təmir müəssisələrində təmir olunmuş məmulatların keyfiyyətinə nəzarət aşağıdakı üsullarla həyata keçirilir:
Xaricdən baxmaqla əsasən, aşağıda qeyd olunanlar yoxlanılır:
Bu üsulla əl ilə toxunmaqla və səsi eşitməklə yoxlamalar aparılır.
Həndəsi göstəricilərin (ölçülərin) yoxlanılması - bu yoxlama zamanı hissənin formasından kənara çıxması və səthinin yerdəyişməsinə nəzarət olunur. Bunun üçün ölçü alətlərindən və uyğun cihazlardan istifadə olunur.
Müxtəlif xüsusiyyətlərin yoxlanılması - əsasən, bərklik, möhkəmlik, elastiklik, sərtlik və s. yoxlanılır.
Sınaq aparmaqla yoxlamaq - əsasən, silindr boşluqları, yanacaq nasosları, mühərriklər və s. yoxlanılır.
Təmir müəssisələrinə daxil olan ehtiyat hissələrinə nəzarət edilir. Onların texniki şərtlərə uyğunluğu müəyyən olunur.
Təmir zamanı istifadə olunan materialların əsas xassələri yoxlanılır. Bunun üçün materialların kimyəvi və mexaniki xassələrinə və möhkəmliyinə nəzarət edilir.