Son zay məhsul-təmir zamanı texniki şərtlərdən xeyli kənarlaşma olduqda yaranır. Həmin hissələrin yenidən təmiri və bərpası mümkün olmur. Məsələn, yastıqların gövdəsində müəyyən çatlar yarandıqda sonuncu təmir ölçüsündə yonulmuş dirsəkli val və s. misal göstərmək olar. Son zay məhsul buraxılışı təmir müəssisəsinə müəyyən zərər vurur. Bu zərər təmir olunan hissənin dəyəri (qiyməti) ilə təmirə çəkilən xərclərin cəmi ilə müəyyən olunur.
Düzələn zay məhsul-texniki şərtdən kənara çıxma, məmulatın (hissənin) yenidən iş qabiliyyətinin bərpa olunmasına imkan verir. Bu zaman həmin məmulat yenidən təmir edilir. Məsələn, dirsəkli valın boyunlarını yararlı vəziyyətə gətirmək üçün növbəti təmir ölçüsünə qədər cilalayırlar.
Şərti zay məhsul-təmir zamanı texniki şərtdən cüzi kənarlaşma nəticəsində yaranır. Bu zaman buraxılan məhsulun qalıq resursu (işləmə müddəti) azalır. Buna baxmayaraq, yenidən işləyə bilir. Məsələn, maşının rənglənməsində uyğun olmayan rənglərdən istifadə olunmasını misal göstərmək olar.
Bütün bunlarla yanaşı, təmir müəssisələrində istehsalatla (təmir işləri ilə) əlaqəli zay məhsul buraxıla bilər.
İstehsalatla əlaqəli zay məhsul-müəssisənin zərərlə işləməsi və təmir işlərinin pozulması nəticəsində yarana bilər. Təmir müəssisəsində zay məhsul buraxılışı müxtəlif səbəblərdən yarana ilər. Bu səbəbləri birbaşa və dolayı olmaqla iki qrupa bölmək olar. Birbaşa səbəblərə aşağıdakılar daxildir:
Zay məhsul buraxılışının qarşısının alınması üçün texniki nəzarət həyata keçirilir. Texniki nəzarət zamanı, əsasən, aşağıdakı işlərə nəzarət olunur:
Nəzarətçi ilə istehsalat sahəsinin rəisi arasında qarşılıqlı əlaqədən asılı olaraq aşağıdakı nəzarət sistemi həyata keçirilir: