-
Avadanlıqların işlənmə müddəti;
-
Təmir işlərinin avtomatlaşdırılması və robotlardan istifadə;
-
Avadanlıqların işləmə müddətində yeyilmə dərəcəsi. Onların mənəvi köhnəlməsi.
- Avadanlıqların dəyişdirilərək yenisi ilə əvəz olunması.
Texnoloji istiqamətli meyarlar:
-
Müəssisənin təmir işlərinin yerinə yetirilməsi üçün avadanlıqlarla təchiz olunması;
- İstehsalatda müasir texnologiyanın tətbiq olunması;
- Müasir texnologiyaların tətbiqi ilə əlaqəli yeni maşın və avadanlıqlardan istifadə;
- Təmirin yerinə yetirilməsi üçün işçi yerlərinin təşkili.
İqtisadi istiqamətli meyarlar:
-
Əmək məhsuldarlığı (müəyyən vaxt ərzində yerinə yetirilən təmir işinə sərf olunan
əməyin həcmi);
-
Müəssisənin gəlirlə işləməsi;
-
Təmir edilmiş məhsulun vahidinin (yəni bir hissənin, qovşağın) maya dəyəri.
Qeyd olunan meyarlar (ölçülər) ekspert tərəfindən artırılıb-azaldıla bilər. Təmir müəssisəsində işlərin
təşkilinin və texniki göstəricilərinin qiymətləndirilməsi üçün müəyyən sayda meyarlar qəbul edilməlidir.
Bu meyarların sayının 20-25 arasında olması daha məqsədəuyğundur.
Təmir müəssisəsində texniki nəzarətin həyata keçirilməsində əsas məqsəd aşağıdakılardan ibarətdir:
-
Maşınların təmirini müəyyən olunmuş texniki şərtlərə uyğun aparmaq;
- Təmir zamanı zay məhsul buraxılışının qarşısını almaq;
- Keyfiyyətsiz təmir işlərinin aparılmasına yol verməmək.
Maşınların təmiri zamanı işin keyfiyyəti qəbul olunmuş texniki şərtlər əsasında müəyyən olunur.
Aparılmış təmir işləri bu şərtlərdən kənara çıxarsa, buraxılan məhsul zay hesab olunur. Təmir işləri
zamanı texniki şərtlərdən (normativ göstəricidən), kənara çıxma dərəcəsindən asılı olaraq buraxılan zay
məhsul aşağıdakı üç qrupa bölünür:
-
Son zay məhsul;
-
Düzələn zay məhsul;
Şərti zay məhsul.