Bunun üçün gilizlərin yuxarı hissəsində normal ölçünü əsas götürərək yeyilmə ölçüsü təyin edilir. Yeyilməni aradan qaldırmaq üçün təmir ölçüsü əvvəlcədən qəbul edilir. Gilizlər üçün iki təmir ölçüsü müəyyən olunur. Birinci təmir ölçüsündə gilizin normal diametri 0,2 millimetr böyüdülür. İkinci təmir ölçüsündə isə böyüdülmə 0,7 millimetrə qədər aparılır. Təmir zamanı xon (iç yonuş) dəzgahlar dəstindən istifadə olunur.
Gilizlərdə güzgünün yeyilməsi onun divarında uzununa istiqamətdə hər yerdə eyni olmur. Ən çox yeyilmə silindr divarının yuxarı hissəsində olur (Şəkil 1.6). Bu, yuxarı ölü nöqtəsinə yaxın yerləşir. Ən az yeyilmə isə aşağı tərəfdə olur. Bu da aşağı ölçü nöqtəsinə uyğun sahəni əhatə edir. Gilizin divarı en kəsik sahəsi üzrə müxtəlif ölçülərdə yeyilir. Yeyilmənin ən böyük qiyməti sürgüqolunun sətləri (səthin nazik və ya işlək tərəfi) istiqamətində olur.
Şəkil 1.6. Slindrlərin yoxlanması
Divarı sındıqda və ya çatladıqda gilizlər çıxdaş edilir (atılır). Gilizlərin yeyilmiş işlək səthi yonulub cilalanır. Cilalama üçün 3A83, 3M83 və s. markalı xon (iç yonuş) dəzgahlarından istifadə olunur. Cilalama zamanı başlıq, giliz daxilində aşağı-yuxarı hərəkət edir. Bu zaman bülövlərin uzunluğu gilizin uzunluğunun 1/3 hissəsindən çox və ya az olmamalıdır. Soyuducu məhsul kimi ağ neft və maşın yağının (15-20 faiz) qarışığından istifadə olunur.
Gilizlər cilalandıqdan sonra onda ovallıq və konusluq 0,03 millimetrdən az olmalıdır. Normal ölçülü və ya təmir edilərək normal ölçüyə gətirilmiş gilizlər ölçü üzrə qruplaşdırılır.
Sonra eyni ölçü qrupuna aid olan porşenlə dəstləşdirilir. Dəstləşdirmədə nəzərdə tutulan araboşluq mühərrikin markasından asılı olaraq seçilir.
Təmir olunmuş gilizlər blokdakı yuvalarına 0,05-0,1 millimetr kipliklə oturdulur.