Qaynaq çertyojlarında onun əsas ölçüləri göstərilməlidir (Şəkil 5.28). DÜİST 2.312-72, əsasən, qaynaq birləşməsində tikişlər qaynaq üsulundan asılı olmayaraq səth boyunca qırıq xətlərlə göstərilir (Şəkil 5.29). Bir qaynaq nöqtəsinin hündürlüyü və eni 5-10 millimetr olur (Şəkil 5.30). Əl ilə aparılan elektrik-qövs qaynağı yuxarı tikişlə yerinə yetirildikdə tikişin kateti 5 millimetr, tikişin uzunluğu L = 50 millimetr və qaynağın addımı f = 100 millimetr olur.
Qaynaq birləşmələrinin şərti işarə olunması
5.1.11. Eskizlərin tərtib olunması
Heç bir çertyoj çəkmək alətindən istifadə etmədən çəkilmiş hissənin çertyoju eskiz adlanır.
Eskizləri proyeksiyalarda çəkmək üçün onu hərtərəfli nəzərdən keçirmək lazımdır. Sonra ən yaxşı görünüş tərəfi əsas kimi qəbul edilməlidir.
Sadə eskiz hazırlayarkən, əsasən, hissədə ölçü işləri aparılmır. Ölçü gözəyarı baxılmaqla təyin olunur (Şəkil 5.30). Lazım gəldikdə sadə ölçü alətlərindən istifadə olunur. Əvvəlcə hissənin gözəyarı proyeksiyası çəkilməlidir. Eskiz oxuna kontur xətləri çəkilməklə tərtib olunur.