5.1.8. Yivin şərti işarə olunması (DÜİST 2.31168)
Bolt üzərində açılmış yiv şərti işarə ilə göstərilir ( Şəkil 5.21).
Yivi təsvir etmək üçün bütöv nazik xətdən də istifadə olunur. Bu halda proyeksiyada müstəvi üzərində milin və ya dişin oxuna perpendikulyar olmaqla çevrənin təxminən 3/4-ə bərabər bütöv nazik xətt çəkilir (Şəkil 5.22).
Deşikdə görülməyən yivi kəsimdə çəkilmiş formada təsvir edirlər (Şəkil 5.23).
Yivin bütün tiplərinin çertyojlarda (metrik yiv, düymə yivi, boru yivi və s.) şərti işarəsi eynidir. Lakin müxtəlif tip yivlər üçün DÜİST ilə işarələr müəyyən edilir.
Kiçik metrik yivlərdə (1,5; 2; 3; 4; 5) ədəd işarəsi göstərilmir. Yivin ancaq xarici ölçüsünü, addımını və dəqiqlik sinfini yazırlar, məsələn, M30 x 1,5 sinfi ikidir. Bunu belə başa düşmək lazımdır: yiv metrikdir, addımı kiçikdir. Xarici diametrin nominal ölçüsü 30 millimetrdir. Yivin addımı 1,5 millimetrdir, yiv ikinci dəqiqlik sinfi üzrə açılmalıdır.
Sol yivi göstərmək üçün yivin işarəsi yanında “sol” sözü yazılmalıdır. Profil bucağı 550 olan boru yivi üçün çertyojda borunun şərti nominal ölçüsü yazılır və “boru” sözü əlavə edilir.
Boru yivinin xarici diametri göstərilən ölçüdən boru divarı qalınlığının iki misli qədər olur.
Yivli birləşmələrdə şuruplardan istifadə olunur (Şəkil 5.24).