Hissənin diametri göstərilən zaman ölçü ədədinin qarşısında mütləq diametr işarəsi ∅ qoyulmalıdır. Radius göstərildikdə isə ölçü ədədinin qarşısında R işarəsi yazılmalıdır (Şəkil 5.9)
Şəkil 5.9. Diametr və radius ölçülərinin göstərilməsi
Əgər kvadrat forması proyeksiyada verilməyibsə, onu göstərən işarə ilə göstərilir. Kvadrat işarəsi həmin tərəfin ölçü ədədi qarşısında yazılır: məsələn, 30 (Şəkil 5.10)
Şəkil 5.10. Kvadrat formalı işarə ilə ölçünün göstərilməsi
450 bucaq altında götürülən fasqaların ölçüləri həmin fasqaların əmələ gətirdiyi üçbucaqda katetin ölçüləri ilə müəyyən olunur (Şəkil 5.11)
Şəkil 5.11. Bucaq ölçülərinin göstərilməsi