Şəkil 1.4. Sürgüqolunun yoxlanması
Seçilmiş sürgüqolunun mərkəzləri arasındakı məsafədə ölçülür. Bunun üçün stangenreysmus nəzarət-ölçü cihazından istifadə olunur. Təmirdən əvvəl normal ölçü ilə təmirdən sonra sürgüqolunda bu məsafələrin fərqi 0,1 millimetr-dən çox olmamalıdır. Sürgüqolunun dirsəkli vala bağlanan hissəsi valın boyuna oxu istiqamətində sərbəst hərəkət etməlidir. Bunun qiyməti çox mühərriklərdə 0, 2-0,8 millimetr, bəzi mühərriklərdə isə 0,1-0,55 millimetr hüdudunda dəyişir.
1.2.3. Gilizlərin (silindrlərin) təmiri
Gilizlərin (silindrlərin) daxili işlək səthləri (güzgüsü) və blokda oturacağın xarici səthləri çox dəqiq hazırlanır. Giliz və silindr eyni mənanı ifadə edir. Texnoloji prosesi yerinə yetirdiyi üçün giliz adlanır. Silindr formasında olduğuna görə silindir də deyilir. Gilizlərdə aşağıdakı kimi nasazlıqlar baş verir:
Yeyilmə xarakterinə görə konusluq və ovallıqla müşahidə oluna bilər. İşlək səthlərin yeyilməsi daxili ölçən indikatorlu mikrometrlə təyin edilir (Şəkil 1.5).