Kəsimlərdə və en kəsiklərində ştrixləmə - hissələrin kəsimləri və en kəsikləri DÜİST 2306-68, əsasən, ştrixlənir. Əsas kimi götürülən kənar xəttinə 45o bucaq altında çəkilən paralel düz xətlər ştrix adlanır. Xətlərin mailliyi həm sola, həm də sağa istiqamətli ola bilər. Bir hissəyə aid olan bütün kəsimlərdə və en kəsiklərində maillik ancaq bir tərəfə istiqamətli olmalıdır.
5.1.4. Çertyojlarda göstərilən ölçülər və onların oxunması (DÜİST 2306-68)
Çertyojlarda göstərilən ölçülər ədədlərlə yazılır. Həmin ədədlər ölçü xətləri üzərində qeyd olunur (Şəkil 5.6).
Şəkil 5.6. Ölçü ədədlərinin yazılması
Çertyojda təsvir qırıldıqda ölçü xəttini bütöv çəkir və hər iki ucunda ox işarəsi qoyurlar (Şəkil 5.5). Proyeksiyada hissənin çertyoju yarımçıq çəkilmişdirsə, ölçü xətti qırılma xəttindən bir qədər uzun çəkilərək yalnız bir oxla işarə olunur (Şəkil 5.7).
Ölçü xətləri bir-birinin ardınca çəkilə bilər. Bu zaman ox işarəsi üçün yer olmadıqda oxun nöqtələrlə və ya kənara çıxarma xətlərində ştrixlərlə əvəz olunmasına icazə verilir (Şəkil 5.8)
Şəkil 5.8. Ox işarəsi üçün yer olmadıqda ölçünün göstərilməsi