KD (КД) markalı burucu moment ölçən (dinamometrik) elektron burucu moment açarlarından, əsasən, yığma işlərində istifadə olunur (Şəkil 4.53). Ölçmə zamanı açarların yivli birləşməsi dəqiq aparılmalıdır. Bu növ açarlar dəstinin əsas göstəriciləri cədvəl 4.2.-də verilmişdir.
Markası | Burucu momenti ölçmə diapozonu. Nyuton-metr | Kütləsi kiloqram | Uzunluğu millimetr | Fasiləsiz işləmə müddəti saat | Qidalandırıcı batareya |
KD10-6,3 (КД10-6,3) | 1,0-10,0 | 0,9 | 250 | 300 | 2CK125 |
KD20-6,3 (КД20-6,3) | 2,0-20,0 | 0,9 | 250 | 300 | 2CK125 |
KD60-10 (КД60-10) | 6-60 | 1,2 | 350 | 300 | R6 |
KD120-13 (КД120-13) | 12-120 | 1,4 | 410 | 300 | R6 |
KD200-13 (КД200-13) | 20-200 | 2 | 600 | 300 | R14 |
KD500-20 (КД500-20) | 50-500 | 8,2 | 1100 | 300 | R14 |
KD1000-25 (КД1000-25) | 100-1000 | 9,3 | 1800 | 300 | R14 |
Cədvəl 4.2. Elektron burucu moment ölçən açarların əsas göstəriciləri
Bütün model 2-ci dəqiqlik sinfinə daxildir. Kameranın yaddaş tutumu 240-dəkdir. Ölçmə zamanı 2 faizə qədər səhvliyə yol verilə bilər. Normadan faizə qədər artıq yüklənməsinə icazə verilir.
Sıfırlı moment açarlarının əsas göstəriciləri aşağıdakılardır:
DTW markasından olan açarlarla ölçmə zamanı səhvlik 2 faiz ola bilər (Şəkil 4.55). Normadan artıq yüklənmə 20 faizdən artıq olmamalıdır.