Multimetr (tester) (Şəkil 4.50) - ölçmə nəticəsində alınmış gərginliyin qiyməti avtomatik olaraq elektron lövhəsində göstərilir. Müxtəlif markalarda buraxılır.
4.2.3. Burucu momentin ölçülməsi
Burucu momenti ölçmək üçün mexaniki və elektron ölçmə vasitələrindən istifadə olunur.
Mexaniki ölçmə vasitələri kimi dinamometrik (qüvvə ölçən) açarlar dəstindən istifadə olunur.
Elektron ölçmə vasitələrində burucu momentin ölçmə nəticəsində alınmış qiyməti elektron lövhəsində göstərilir. Yüksək etibarlılığa və təhlükəsiz istismar (istifadə) xüsusiyyətlərinə malikdir (Şəkil 4.51). Ölçmə yivli birləşmə nəticəsində aparır. Maşınlarda, təyyarələrdə, kimyəvi reaktorlarda və istənilən sahələrdə istifadə oluna bilər (Şəkil 4.52).
Yivli birləşmə ilə burucu momentin ölçmə vasitələri aşağıdakı markalarda buraxılır: