Quruluşuna və tətbiq olunmasına görə voltmetrlər aşağıdakı kimi təsnif olunur:
Ölçü göstəricilərinə görə:
Yüklənməni ölçmək üçün əlavə aşağıdakı ölçmə vasitələrindən istifadə olunur:
4.2.2.1. Ölçü əqrəbli voltmetr
Ölçü əqrəbi olan voltmetrin çəkisi yüngül olur və əldə asan gəzdirilə bilir. Təcrübədə geniş istifadə olunur. Voltmetrin üzərində olan göstəricilərin istifadəsi aşağıdakı şəkildə göstərilir (Şəkil 4.48).
Voltmetrin göstərici lövhəsi üzərində müəyyən yazı və işarələr var. Onlar müəyyən göstəriciləri ifadə edir. Voltmetrin sol küncündə yazılmış 1,5 və ya 1,0 ölçmə dəqiqliyini faizlə ifadə edir. Göstərilən işarə isə ölçmə zamanı voltmetrin şaquli tutulmasını göstərir. Əgər işarəsi varsa, ölçmə zamanı horizontal vəziyyətdə tutulmasını göstərir. işarəsi isə voltmetrin daxili şifridir.
Voltmetr əqrəbinin göstəricisi sıfırdan hesablanır. Ölçmə aparmazdan əvvəl nizamlayıcı ilə əqrəb sıfır bölgüsü üzərinə gətirilir (Şəkil 4.49). Şəkildə göstərilən voltmetr 10 volta qədər gərginliyi ölçə bilir (Şəkil 4.50). Əqrəb üzərində hərəkət edən bölgünün bir aralığı 0,2 voltdur. Əgər 5 aralıq keçibsə, onda 5 * 0,2 = 1 volt olur.