Çox kiçik təzyiqi ölçən kapsullu təzyiq ölçən manometr (Şəkil 4.45).
Bu manometr 2,5-600 mikro bara qədər təzyiqi ölçə bilir. Bütün qazşəkilli vasitələrin təzyiqinin ölçülməsində istifadə olunur. Ölçmə intervalı 0-2,5 mikro bara və 0-100 mikro bara qədər olur. 0,1-dən 2,5-ə qədər olan dəqiqlik sinfinə daxildir. Bu manometrlə laboratoriyada vakuumun, tibdə və ekologiyada təmizlənmiş məhsulun təzyiqinə nəzarət etmək üçün istifadə oluna bilər.
Mütləq təzyiq monometri (Şəkil 4.46).
Bu manometrlə məcburi sorulma zamanı atmosfer təzyiqinin ölçülməsində istifadə olunur. Təzyiqin ölçülməsi etalon təzyiqlə müqayisə etməklə müəyyən edilir. Manometrin ölçü diapozonu 0-25 milli bar və mütləq təzyiq üçün 0-25 bar arasında dəyişir. 0,6-2,5 dəqiqlik sinfinə daxildir. Əsasən, vakuum-sorucu və vakuum nasoslarda təzyiqə nəzarət etmək üçün quraşdırılır. Bununla yanaşı, laboratoriyada maye buxarının təzyiqinin ölçülməsində istifadə olunur.