Plazma və lazer üsulu ilə kəsmə yüksək məhsuldarlığın əldə olunmasını təmin edir. Az əmək sərf olunur. Materialın böyük həcmdə işlənməsinə imkan verir. Plazma üsulu ilə 150 millimetr qalınlığında olan hissələri kəsmək olar.
Plazma ilə kəsmənin çatışmazlığı böyük enə malik kəsmə ilə əlaqəlidir.
4.1.6.2. Lazer üsulu ilə kəsmə
Lazerlə kəsmə universal üsuldur (Şəkil 4.40). Bu üsulla istənilən metal ərintilərini emal etmək olar. İstifadə olunan dəzgahda son hissənin bütün göstəricilərini müəyyən etmək mümkündür. Lazerlə kəsmənin əsas xarakteri kəsici quruluşla metal hissənin əlaqədə olmasıdır.
Bu üsulla, əsasən, nazik metal listlərin kəsilməsi yerinə yetirilir.
Kəsmə zamanı lazerin işığı düzgün fokuslandırılmalıdır. Lazerlə kəsilmənin aşağıdakı üstünlükləri var:
Bu zaman ən az itki olur. Bu üsulla yüksək dəqiqliklə, bərabər kənarlı və təkrar emal edilməyə ehtiyac qalmayan kəsmə işi yerinə yetirilir.
Alüminium və onun ərintilərinin paslanmayan materialların lazerlə kəsilməsi səmərəsizdir.
4.1.6.3. Hidroabraziv üsul
Hidroabraziv üsulla işləmədə abraziv hissəciklər təzyiq altında nazik böyük sürətli su axını ilə kəsiləcək səthə verilir. Bu üsulla yalnız metalların kəsilməsi aparılmır. Plastmas, ağac və keramik materiallardan olan hissələrin kəsilməsində də bu üsuldan istifadə olunur.
Kəsmə zamanı temperatur 90 dərəcə selsidən artıq olmur. Hidroabraziv üsulun aşağıdakı üstünlükləri var: