Böyük metal layların kobud yeyələnməsi üçün kobud yeyələrdən istifadə olunur.
Üzlü yeyələrdən dəqiq işlərin yerinə yetirilməsində istifadə olunur. Kiçik hissələri emal etmək və xüsusən, təmiz səth almaq üçün də üzvü yeyələr tətbiq olunur.
Müəyyən müddət işlədikdən sonra yeyələr yararsız vəziyyətə düşür. Yeyənin yeyilməsi dişlərinin kütləşməsinə əsasən təyin olunur. Kütləşmiş yeyələr qum püskürmək, turşularla təmizləmək və yenidən dişli çıxıntılar açmaq yolu ilə bərpa olunur.
4.1.6. Metal hissələrin müəyyən formalarda kəsilməsi
Müəyyən formalı kəsmə ilə metal listlərin üzərində istənilən şəkildə kəsmə işləri aparmaq olar (Şəkil 4.38).
Metalın müəyyən formada kəsilməsi üçün müxtəlif dəzgahlardan istifadə olunur. Bununla yanaşı əsasən, aşağıdakı kəsmə üsulları var:
4.1.6.1. Plazma üsulu ilə kəsmə
Plazma üsulu müəyyən fiqur formalı kəsmə metal listlərdə aparılır (Şəkil 4.39). Bu zaman istifadə olunan metal listin qalınlığı seçilir. Hissələrdə paslı, çirkli kimi müxtəlif səthlərin olması kəsmənin keyfiyyətinə təsir göstərmir. Bu üsulla kəsmə zamanı plazma borusundan təzyiq altında qaz ötürülür. Kəsmə plazma şırnağının təsiri ilə aparılır. Bu üsulla kəsmədə sürətli plazma axını daima kəsiləcək səthə təsir edir və daimi cərəyan və plazma qövsü yaranır. Plazma üsulu ilə kəsmə işi zamanı kəsilən hissədə 30000 dərəcə selsiyə qədər istilik yaranır.
Bu üsulla kəsmənin aşağıdakı üstünlükləri var: