Bıçqı Şəkil 4.27 -dəki hissələrdən ibarətdir.
1 - dəstək;
2 - çərçivə;
3 - sıxılmayan başlıq;
4 - mişar;
5 - sıxıcı başlıq;
6 - sıxıcı qayka;
7 - uzadıla bilən qol
Bıçqının çərçivələri iki formada olur:
Bir-birindən ayrılan çərçivələr daha əlverişlidir. Çünki bu çərçivələrə müxtəlif uzunluqda bıçqı mişarı salmaq olur. Çərçivənin bir ucunda dəstəyi olan tərpənməz başlıq olur. Digər ucunda isə dartı vinti və əl ilə bərkitmək üçün iki tərəfdən çıxıntılı qaykası olan tərpənən başlıq vardır. Tərpənən başlıqda və tərpənməz başlıqda mişarı bərkitmək üçün açılmış yarıq və deşiklər vardır (Şəkil 4.27). Bıçqıya bağlanan mişar nə çox, nə də az gərilməlidir. Çox gərilmiş mişar iş vaxtı azacıq çəp istiqamət almaq nəticəsində sına bilər. Az gərilmiş mişar isə iş vaxtı əyildiyi üçün sınma təhlükəsi yaranır.
Bıçqı mişarları təbəqəsi dəmirdən və ya soyuq halda yayılan polad hissədən hazırlanır. Sonradan möhkəmliyi artırmaq üçün bunlar sementləşdirilir və tablandırılır.
Müxtəlif materialları kəsmək üçün bıçqı mişarları ölçüsünə və dişlərinin sayına görə müxtəlif formalarda hazırlanır (Şəkil 4.28).
Mişarlar kəsiləcək hissənin forma və ölçülərindən, habelə materialın bərkliyindən asılı olaraq seçilir (Şəkil 4.29).
Lobzikdən nazik metal təbəqələri kəsdikdə istifadə olunur (Şəkil 4.30). Lobzik də bıçqı kimidir. Lakin lobzikə bıçqı mişarı əvəzinə, ensiz və nazik mişarcıq yerləşdirilir.