Hər hansı bir hissəni bıçqı ilə kəsmək üçün onu əvvəlcə məngənədə sıxırlar. Sonra kəsmə işi yerinə yetirilir. Bəzi hallarda isə hissəni öz durduğu yerində kəsirlər. Bıçqı ilə kəsməni aparan şəxs məngənə qarşısında hərəkətsiz vəziyyətdə durur. Sonra isə sağ əli ilə bıçqının dəstəyindən, sol əli ilə isə bıçqının çərçivəsinin qabaq ucundan tutur. Bıçqını emal edilən hissənin üzərinə qoyub səlis surətdə irəliyə və geriyə hərəkət etdirir (Şəkil 4.26).
Şəkil 4.26. Bıçqı ilə metal hissənin kəsilməsi