Emal olunan hissənin müəyyən qədər plastikliyi olduqda onu əymək olur. Plastiklik çox olduqda material yaxşı deformasiya olunur. Polad material soyuq halda yaxşı deformasiya olunmur. Buna görə də polad materialdan olan hissələri əymək üçün onun əyiləcək yeri qızdırılır.
Əyilmiş və ya əzilmiş hissələri əvvəlki formaya gətirmək üçün düzəltmə işləri yerinə yetirilir.
Düzəltmə işləri zamanı hissə və materialların səthləri üzərindəki kələ-kötürlüklər kənar edilir. Metalın bu və ya digər hissələrinə təzyiqlə təsir edib düzləndirilməsinə düzəltmə deyilir. Düzəltmə işləri üçün zindan və metal lövhədən istifadə olunur. Hissənin əyilmiş hissəsinin düzəldilməsi üçün zindan və ya metal lövhə üzərinə qoyulur. Sonra çəkic sağ əllə tutulur. Hissənin qabarıq yerlərinə əvvəlcə zəif, sonra isə güclü zərbələr endirilir.
Hissələri düzəldən zaman onun qabarıq yerlərinə çəkicin döyəci ilə zərbələr endirilir (Şəkil 4.20).
Zərbələr çəkicin iti ucu ilə endirilərsə, hissələr zay ola bilər.
Metal hissənin əl ilə zindan və metal lövhə üzərində çəkic vasitəsi ilə düzəldilməsi ağır işdir. Bununla yanaşı, çox vaxt, tələb aparır. Lakin əl presi vasitəsi ilə metalı düzəltdikdə iş yüngül yerinə yetirilir. İşin yerinə yetirilməsi üçün vaxt sərfi azalır. Bununla yanaşı, əmək məhsuldarlığı da yüksək olur. Əl presi vasitəsi ilə hissələrin düzəldilməsi, əsasən kütləvi istehsalda tətbiq olunur.
4.1.4. Metal hissələrin kəsilməsi
Emal olunan hissədən lazımi ölçüyə formaya malik hissə kəsib çıxarmaq lazım gəlir. Bu yerinə yetirilən iş kəsmə adlanır. Metalın kəsilməsi çapmadan onunla fərqlənir ki, bu əməliyyatda zərbə qüvvəsi sıxma ilə əvəz olunur. Hissələrin kəsilməsi dedikdə onun ayrı-ayrı hissələrə ayrılması nəzərdə tutulur. Ümumiyyətlə kəsmədə aşağıdakı işlərin yerinə yetirilməsi nəzərdə tutulur:
Kəsmə işlərinin yerinə yetirilməsi üçün, əsasən aşağıdakı alətlərdən istifadə olunur (Şəkil 4.21):