Şəkil 1.2. Porşen barmağının yoxlanılması
Təmir olunan mühərrikin texniki göstəricilərindən asılı olaraq ölçmə nəticəsində yeyilmə hüdudlarına nəzarət olunur.
Üzüklərin qalıq elastikliyini təyin etmək üçün xüsusi KP-0507 (Kn—0507) markalı cihazdan istifadə olunur. Normativlərə uyğun araboşluğu və çəki tətbiq olunaraq üzüklərin elastikliyi yoxlanır. Üzüyün elastikliyini yoxlamaq üçün sıxıcı tərtibat yuxarı qaldırılır. Üzük cihazın masası üzərinə qoyulur. Kəsik uclarındakı araboşluğu normal qiymətinə çatana qədər tədricən sıxılır (Şəkil 1.3).
Araboşluğunun qiyməti mühərrikin növündən asılı olaraq seçilir. Sonra tərəzinin qolu boşaldılır. Sürüşən çəki daşının köməyi ilə sıxıcı qüvvənin qiyməti müəyyənləşdirilir. Üzüklər elastikliyini itirdikdə və ya sındıqda yenisi ilə əvəz olunur. Porşen üzükləri yeyildikdə də istifadəyə yararsız hesab olunur.