Metal hissənin çapılmasını yerinə yetirən şəxs iş zamanı pnevmatik çəkici sağ əlində tutur. Sol əli ilə isə iskənəni çapma xətti üzrə saxlayır.
4.1.3. Metalın hissələrinin əyilməsi və düzəldilməsi
Metalların təzyiq altında emalı üsullarından biri də onun əyilməsidir. Əymə təbəqələrə, çubuqlara, borulara və s. pəstahlara müəyyən forma verilməsi prosesidir. Bu üsulla listşəkilli və dairəvi formada materiallar emal olunur. Listşəkilli materialların emalında bu üsuldan daha geniş istifadə olunur.
En kəsiyi kiçik olan dairə hissələrin əyilməsi soyuq halda aparılır.
Böyük en kəsiyə malik olan hissələr isə əvvəlcə peçdə qızdırılır sonra isə dəmirçi sexində emal edilir.
Sadə metal hissələrin əyilməsi alətlər vasitəsi ilə əl üsulu ilə aparılır. Kütləvi istehsalda hissələrin emalı zamanı əyici maşın və tərtibatlardan istifadə olunur. İstifadə olunan tərtibatdan asılı olaraq emal olunan hissənin əyilməsi uzununa və ya eninə istiqamətdə aparılır. Əyilmə zamanı emal olunan hissənin əyilən yeri öz forma və ölçüsünü dəyişir. Bu dəyişikliyi aradan qaldırmaq üçün, adətən, çəkicdən istifadə olunur. Çəkic vasitəsi ilə emal olunan hissənin əyilən yerinin ölçüləri düzəldilir. Bununla da emal edilən hissənin əyilən yerində tələb olunan en kəsik forması bərpa olunur. Çox zaman emal edilən hissəni əydikdə eyni vaxtda onu çəkiclə də emal edirlər. Burada iki iş eyni vaxtda aparılır: emal olunan hissənin əyilməsi və əyilən yerdə en kəsiyi formasının saxlanılması.
Əyiləcək hissənin uzunluğu müəyyən olunur. Bu, onun neytral qatının uzunluğuna əsaslanaraq çertyojda təyin edilir.
Emal olunan hissəni əydikdə deformasiyaya uğrayır. Hissənin en kəsiyinin deformasiyasına təsir göstərən əsas göstəricilər var. Bunlara aşağıdakılar daxildir:
Əyilmə radiusu və bucağı az, materialın qalınlığı çox olduqda yaranan deformasiya da böyük olur.
Aşağıdakı əsas xassələr hissənin əyilməsinə müəyyən təsir göstərir:
Əyiləcək hissənin materialı əyilməyə qarşı nə qədər çox müqavimət göstərərsə, əyilmə işi bir o qədər çətin olur. Buna görə də əyilmə işini asanlaşdırmaq, yəni hissənin materialının müqavimətini azaltmaq üçün onu qızdırırlar.
Matal hissəni əyən zaman o, yaranan hər hansı deformasiyaya qarşı müqavimət göstərir. Əyildikdən sonra isə əvvəlki formasını almağa çalışır. Buna metalın elastiklikliyi deyilir və materialın elastikliyi uzanma həddindən asılı olur.