İskənənin bir növü də kreysmeyseldir (Şəkil 4.15). Kreysmeyselin iskənədən əsas fərqi onun kəsən ağız hissənin ensiz olmasıdır.
Metal hissədə novlar və işgil yuvaları açmaq, pərçimlər kəsmək və s. kimi işlər körmək üçün kreysmeyseldən istifadə olunur.
İskənə və kreysmeysel alətləri polad materialdan hazırlanır və onların işlək ucları tablandırılır. Ümumiyyətlə bu işlərin yerinə yetirilməsində vaxt sərfinə də fikir verilməlidir.
Metal hissənin çapılmasında məngənədən istifadə olunur (Şəkil 4.16). Bu zaman çapılacaq hissə məngənənin dodaqları arasında möhkəm sıxılmalıdır. Bu zaman çapılacaq metal hissənin qalınlığı nəzərə alınır. Məngənədə sıxılan metal hissənin çapılacaq səthi onun sıxıcı dodaqlarından bir qədər yuxarıda olmalıdır.
Çilingər işlədiyi zaman ayaqlarını bir qədər aralı vəziyyətdə qoymalıdır. Bədəni isə məngənənin paralel ağzına görə 450 dönməlidir (Şəkil 4.17).
Şəkil 4.17. Metalların iskənə ilə kəsilməsi