Material | φ0 |
Çüqun, bronza | 70 |
Orta bərklikdə olan polad | 60 |
Mis, latun | 45 |
Alüminium, sink | 35 |
Cədvəl 4.1. Materialdan asılı olaraq iskənənin itilik bucağının seçilməsi
Bərk materialdan olan hissələri emal etdikdə itilik bucağı 60o götürülür (Şəkil 4.11). Yumşaq materialdan olan hissələri emal etdikdə isə 450 götürülür. Sonra isə onun itilik bucağı yoxlanılır (Şəkil 4.12).
Çarpma işini yerinə yetirən çilingərin əlinin böyük və kiçikliyindən asılı olaraq iskənənin uzunluğu seçilir.
Metal hissəni iskənə ilə çapdıqda onu başlığından təxminən 20 millimetr məsafədə sol əl ilə tutulur (Şəkil 4.13).
Çəkici elə tutmaq lazımdır ki, baş barmaq şəhadət barmağının üstünə düşsün.
Sonra iskənə məngənənin dodaqları arasında sıxılımış emal edilən hissənin səthinə 300 bucaq altında söykədilərək iş yerinə yetirilir (Şəkil 4.14).