Pərgardan emal ediləcək hissə üzərində çevrə və qövs cızmaq üçün istifadə olunur. Emal olunan hissənin üzərində pərgar vasitəsi ilə nişanlama apardıqda onun ucları lazımi ölçüyə uyğun açılır. Sonra onun uclarından biri hissənin üzərinə sıxılır. Digər ucu müəyyən çevrə formalı cızıq çəkmək üçün fırladılır. Pərgarla işlədikdə hissənin üzərində cızıq açılması üçün onu müəyyən qüvvə ilə sıxırlar. Buna görə də pərgarın saz və möhkəm olması nəzərdən keçirilməlidir. Alət kimi istifadə olunan pərgar polad materialdan hazırlanır (Şəkil 4.6.). Onun iti ucu tablandırılır ki, yeyilməyə davamlı olsun.
Emal olunan hissənin üzərində paralel, şaquli və üfüqi xətlər çəkmək üçün reysmusdan istifadə olunur. Bununla yanaşı, nişanlanacaq hissəni nişan lövhəsi üzərində yerləşdirmək və yoxlamaq üçün də reysmusdan istifadə olunur.
Adi reysmusla yanaşı, üfüqi reysmusdan da istifadə olunur. Üfüqi reysmus adi reysmusa nisbətən çox dəqiqdir. Əsasən, böyük çevrə və paralel xətlərin çəkilməsində istifadə olunur.
Şəkil 4.6. Hissənin daxildən və xaricdən ölçülməsi
4.1.2. Metal hissələrin çapılması ilə emalı
Çapma çilingərlik əməliyyatıdır. Kəsən alətlərdən istifadə etməklə pəstahda artıq metal qatını kənar edirlər. Metal hissələrin çapılma ilə emalı iskənə və ya kreysmeysel vasitəsi ilə aparılır. Hissələrin çapma işləri aşağıdakı vəziyyətlərdə aparıla bilər:
Metal hissələrin çapılması işlərini aparmaq üçün çilingər çəkici işlədilir.