Sual 11. Elektrik qövs qaynağını sabit cərəyanla apardıqda hansı qurğudan istifadə olunur?
A)
Generatordan;
B)
Cərəyan alçaldıcı transformatordan;
C)
Cərəyan tənzimləyicidən;
D)
Cərəyan artırıcı trasformatordan;
E)
Nizamlayıcı elektrik qurğusundan.
Sual 12. Elektrik qövsü ilə qaynaqetmənin başqa qaynaq növlərindən üstünlüyü nədir?
A)
Yüksək keyfiyyətin təmin olunması və asanlığı;
B)
Kiçik məmulatlarda tətbiqi və ucuz başa gəlməsi;
C)
Böyük məmulatlarda tətbiqi və mexanikləşdirilməsi;
D)
Az enerji tələb etməsi və az vaxtda başa çatması;
E)
Az vaxtda daha çox iş görülməsi və daşına bilməsi
Sual 13. Sol qaynaq üsulu, əsasən, qalınlığı neçə millimetrə qədər olan hissələr qaynaq edilir?
A)
8 millimetrdən çox;
B)
5 millimetrdən çox;
C)
8 millimetrə qədər;
D)
5 millimetrə qədər;
E)
10 millimetrə qədər
Sual 14. Qazqarışdırıcının (qorelkanın) hərəkətindən asılı olaraq aypara şəkilli qaynaq hansı qalınlıqda hissələrin qaynağında istifadə olunur?
A)
Nazik qalınlıqda;
B)
Orta qalınlıqda;
C)
Böyük qalınlıqda;
D)
Çox böyük qalınlıqda;
E)
Çox nazik qalınlıqda
Sual 15. Qaz qaynağında alovun nizamlanması hansı qazın verilmə miqdarının dəyişilməsi ilə aparılır?
A)
Asetilenin verilməsini dayandırmaqla;
B)
Oksigenin verilməsini nizamlamaqla;
C)
Asetilenin və oksigenin hər ikisini nizamlamaqla;
D)
Oksigenin verilməsini dayandırmaqla;
E)
Asetilenin verilməsini nizamlamaqla