1.2.1. Porşen və ona aid olan hissələrin təmiri
Porşenlərin istismarı (istifadəsi) zamanı aşağıdakı nasazlıqlar ola bilər:
Porşen ətəyinin yeyilməsini təyin etmək üçün mikrometrdən (0,01dəqiqliklə) istifadə olunur (Şəkil 1.1). Mühərriklərdə porşen ətəklərinin yeyilməsi, ölçü hüdudları müxtəlifdir. Bu ölçülər mühərrikin markasından asılıdır.
Porşenlərdə barmaq oturan yuva yeyilə bilər. Yeyilmə kalibrlərlə ölçülərək təyin olunur (Şəkil 1.2). Yeyilmiş yuva rayberlənərək (yonularaq) təmir ölçüsünə qədər böyüdülür. Yaxud barmağın ölçüsünə qədər genişləndirilir. Rayberləmə zamanı porşendə olan yuvaların düzxətliliyi gözlənilməlidir. Hər iki yuva eyni zamanda yonulmalıdır. Bunun üçün uzun gövdəli rayberlərdən istifadə olunur. Porşenin gövdəsində çat və yeyilmə olduqda istifadəyə yararsız (çıxdaş) hesab olunur. Bəzi hallarda gövdəsi yeyilmiş böyük ölçülü porşenlərdən yenidən istifadə etmək lazım gəlir. Bu zaman porşen yonulub kiçik ölçüyə gətirilir. Təzə və ya təmir edilmiş porşenlər gilizlərin (silindrlərin) ölçülərinə görə seçilir. Əsas göstərici kimi porşen və giliz arasındakı araboşluğunun qiyməti götürülür (Cədvəl 1.1).
№ | Mühərrikin markası. | Gilizlə porşen arasındakı araboşluğunun qiyməti (millimetrlə). |
Normal | ||
1 | D-245,5 (Д-245,5) | 0,09-0,13 |
Cədvəl 1.1. Giliz və porşen arasındakı araboşluğunun qiyməti.
Porşen üzüklərində yeyilmə, sınma və elastikliyin itməsi kimi nasazlıqlar ola bilər. Porşen üzüklərinin oturduğu yuvaların yeyilməsi şupla (araölçənlə) ölçülür.