Sual 6. Qazqarışdırıcının (qorelkanın) hərəkət etdirmək istiqamətinə görə ən yaxşı qaz qaynaq üsulu hansılardır?
A)
Sol istiqamətdə;
B)
Sağ istiqamətdə;
C)
Sağ və sol istiqamətdə;
D)
Aşağıdan yuxarı istiqamətdə;
E)
Yuxarıdan aşağı istiqamətdə
Sual 7. Aşağı vəziyyətdə aparılan qaz qaynağında yaranan qaynaq vannasının diametri neçə millimetr olur?
A)
7-8 millimetr;
B)
4-5 millimetr;
C)
10-11 millimetr;
D)
13-14 millimetr;
E)
16-17 millimetr
Sual 8. Qoruyucu qaz mühitində qövslə qaynaqetmənin mahiyyəti nədir?
A)
Qövs qaz mühitində yanır;
B)
Qövs hava daxilində yanır;
C)
Qaynaq flüs altında aparılır;
D)
Qaynaq işləri avtomatlaşdırılır;
E)
Qaynaq fasilələrlə aparılır
Sual 9. Sağ qaynaq üsulunda, əsasən, qalınlığı neçə millimetr olan hissələrin qaynaq edilməsi aparılır?
A)
8 millimetrdən artıq;
B)
5 millimetrdən artıq;
C)
8 millimetrə qədər;
D)
5 millimetrə qədər;
E)
10 millimetrdən artıq
Sual 10. Qaz qaynağında doldurucu naqilin diametri sol qaynaq üsulunda nə qədər olmalıdır?
A)
Qaynaq edilən hissənin qalınlığından 1,5 dəfə çox;
B)
Qaynaq edilən hissənin qalınlığı qədər;
C)
Qaynaq edilən hissənin qalınlığının 1/3-i qədər;
D)
Qaynaq edilən hissənin qalınlığından 2 dəfə çox;
E)
Qaynaq edilən hissənin qalınlığının yarısı qədər.