3.2.16. Qazqarışdırıcının (qorelkanın) hərəkət üsulu
Qazqarışdırıcının (qorelkanın) hərəkəti keyfiyyətli qaynaq vannasının yaranmasını təmin etməlidir (Şəkil 3.29, Şəkil 3.30). Bu, həmişə qaynaq edilən zaman alov sahəsini havada olan qazlardan qoruyur.
Şəkil 3.29. Qazqarışdırıcının (qorelkanın) aypara şəkilli və tikiş oxu boyunca hərəkəti ilə qaynaq aparılması.
3.2.17. Qaynaq vannası
Nazik listlərin, karbonlaşmış və legirlənmiş polad hissələrin qaynağı aparılan zaman nazik tikişlər alınır (Şəkil 3.31). Ağız-ağıza birləşmədə hissələrin qalınlığı 3 millimetrdən artıq olmamalıdır. Qaz qaynağı ilə hissələrin üst-üstə birləşmə qaynağıda aparılır (Şəkil 3.32).