3.2.13. Qazla aparılan qaynaq üsulları
Qaynaq üsulu qazqarışdırıcını (qorelkanı) hərəkət etdirmək istiqamətinə görə müəyyən olunur. Ən yaxşı üsul qazqarışdırıcının (qorelkanı) sağ və sol istiqamətdə hərəkət etdirilməsi ilə aparılır. Bu zaman doldurucu naqildə onun arxasınca hərəkət etdirilir. Bu üsullarla qaynaq aparıldıqda həmin sahədə alov istiqamətində qaynaq tikişi yaranır. Qaynaq aparan zaman qalyanın hərəkətində kiçik titrəyişlər yarana bilər. Qalınlığı 8 millimetr olan listin qaynağı aparıla bilər. Bu zaman qalyanın hərəkətində tikişin oxundan kənarlaşma yarada bilən titrəyişlər olmamalıdır. Qaynaq zamanı şlak və oksidlər alınır. Onun maye metala təsirini aradan qaldırmaq üçün spiralşəkilli qaynaq aparılır. Bununla yanaşı, bu üsulda qaynaq vannasının alınması və doldurmanın kənarlarının saxlanması yaxşı təmin olunur. Sağ üsulla qaynaqdan qalınlığı 5 millimetrdən çox olan hissələrin qaynaq edilməsində istifadə olunur. Sağ qaynaq üsulunda alovlanma istiliyi sol qaynaq üsuluna nisbətən az kənara yayılır. Şəkil 3.24-də sağ qaynaq üsulu göstərilmişdir.
Sol qaynaq üsulu
Müəyyən qədər böyük qalınlığa malik olan hissələrin qaynaq edilməsi lazım gəlir. Bu zaman həmin hissələrin kənarları müəyyən bucaq altında kəsilərək qalınlığı azaldılır. Sol qaynaq üsulunda qazqarışdırıcı (qorelka) sağdan sola hərəkət etdirilir (Şəkil 3.25). Bu zaman doldurucu naqil alovun qarşısı ilə aparılır. Doldurucu naqilin arxasınca bərpa edilmiş sahə yaranır. Bu üsulla qalınlığı 5 millimetr-ə qədər olan nazik qalınlıqlı hissələrin qaynaq olunması yerinə yetirilir. Bununla yanaşı, yüngül metal və onun ərintilərinin də qaynağı bu üsulla aparılır. Alınan tikişin keyfiyyətinə görə sağ qaynaq üsulu sol qaynaq üsulundan daha yaxşıdır.