Göstəricilər | Qaynaq ediləcək metal | ||||||||
Karbonlu polad | Legirlənmiş polad | Çuqun | Mis | Latun | Alüminium ərintisi | Sink | Bronza | ||
Metalın 1 mm dərinliyinə xüsusi sərf litr/saat | Asetilin | 100-130 | 75 | 100-120 | 150-200 | 100-130 | 75 | 15-20 | 70-150 |
Oksigen | 110-140 | 80-85 | 90-110 | 165-220 | 135-175 | 80-85 | 20-25 | 80-165 | |
Asetilen və oksigenin nisbəti | 1:1.1 | 1:1.1 | 1:0.9 | 1:1.1 | 1:1.3 | 1:1.1 | 1:1.1 | 1:1.1 |
Cədvəl 3.2. Qaynaq ediləcək materialın növündən asılı olaraq oksigen və asetilen qaz sərfi
Doldurucu qaynaq materialının (naqilin) diametrinin təyini - qaynaq üçün kiçik və orta diametrli doldurucu karbonlu metal naqillərdən istifadə olunur. İstifadə olunan qaynaq materialının (doldurucu karbonlu metal naqillərin) diametri qaynaq üsulu və qaynaq ediləcək metalın qalınlığından asılı olaraq seçilir (Şəkil 3.23).
Doldurucu karbonlu metal naqillərin diametri aşağıdakı düsturla hesablanır:
Sol qaynaq üçün dn = s
2 + 1 (millimetr)
Sağ qaynaq üçün dn = s
2 (millimetr)
Burada:
dn-doldurucu naqilin diametridir, millimetrlə;
S-qaynaq ediləcək hissənin qalınlığıdır, millimetrlə.