3.2.12.4 . Yanma alovu özəyinin (nüvə hissəsinin) forma və ölçüləri
Yanma alovu özəyinin (nüvə hissəsinin) forma və ölçüləri ucluğun nömrəsindən asılı olaraq nizamlanır. Ucluğun nömrələri aşağıdakı şəkildə verilmişdir (Şəkil 3.22).
Şəkil 3.22. Müxtəlif nömrəli qalyan ucluqları
3.2.12.5 . Qaz qaynağının rejimləri
Qaz qaynağının əsas rejim göstəriciləri aşağıdakılardır:
Alovun istilik gücünün seçilməsi - alovun gücü qaynaq ediləcək metalın qalınlığından və onun istiliyə davamlılığından asılı olaraq seçilir. Bu göstərilənlərə əsasən, qazqarışdırıcının (qorelkanın) ucluğunun uyğun nömrəsi seçilir. Qaynaq etmə qalınlığından (dərinliyindən) asılı olaraq qazqarışdırıcı (qorelkanın) ucluğunun nömrəsi aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 3.1).
Qazqarışdırıcının (qorelkanın) ucluğunun nömrəsi | 000 | 00 | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
Azkarbonlu poladın qaynaqetmə dərinliyi, mm | 0.05-0.1 | 0.1-0.25 | 0.2-0.5 | 0.5-1 | 1-2 | 2-4 | 4-7 | 7-11 | 11-17 | 17-30 | 30-80 | Çox- 80 |
Cədvəl 3.1. Qazqarışdırıcı (qorelkanın) ucluğunun nömrələri
Alovun görünüşünün müəyyən olunması - alovun görünüşü qaynaq ediləcək hissənin materialından asılı olaraq nizamlanır: