-
Oksigen boruda 0,2-0,4 meqa Pskal (MPa) təzyiqlə verilir;
- Qalyanın su buraxması 15-20 saniyə davam etdirilir;
- Suyun səthində qabarcıqlar yaranmamalıdır.
- Qazqarışdırıcının (qorelkanın) kranı açılır və
işçi təzyiqə nizamlanır. Təzyiqin yoxlanması
reduktorun üzərində quraşdırılmış
manometrlə aparılır (Şəkil 3.18). Normal
vəziyyətdə oksigen üçün təzyiq 4 kiloqram •
saniyə/kvadrat santimetr (sm2), asetilen
üçün isə 1 kiloqram•saniyə/kvadrat
santimetr (sm2) qəbul edilir. Bu təziq qaynaq
ediləcək metalın qalınlığından asılı olaraq
dəyişdirilə bilər (Şəkil 3.19). Sonra kran
bağlanır;
- Kranı 1/4 fırlatmaqla oksigenin yolu açılır.
Bundan sonra kranı tam bir dövr fırlatmaqla
asetilenin yolu açılır;
- İsti qarışığın yandırılması. İlk əvvəl alovu
yandırıb qalyanın ağzına yaxın tutmaq
lazımdır (Şəkil 3.20). Sonra qaz qarışığı
buraxılaraq yandırılır. Qalyan açılıb qaz
qarışığı buraxıldıqdan sonra alovu tutmaq
olmaz;
- Alovun nizamlanması asetilen kranı vasitəsi
ilə aparılır (Şəkil 3.21). Oksigenin yolu tam
açıq qalır. Yandırıldıqdan sonra qalyan qızan
zaman oksigen itkisi yaranır. Bunu aradan
qaldırmaq üçün asetilen ehtiyatı
yaradılmalıdır. Asetilen ehtiyatının
yaranmasına tam əmin olmaq lazımdır.
Yoxlama zamanı alovun işıqlanma zonası
əsas yanma özəyindən 4 dəfə çox ola bilər.
Bu isə alovda asetilenin 15 faizi itkisinə
səbəb olur.