3.2.6. Qaynaq birləşmələrinin növləri
Hissələri qaynaq etməzdən əvvəl onların qaynaq ediləcək səthlərini çirkdən, oksidlərdən və yağdan təmizləmək lazımdır. Tələb olunarsa, qıraqları çəpəkiləşdirilir. Qaynaq edilən hissələr aşağıdakı birləşmə növlərini əmələ gətirə bilər:
3.2.7. Qaynağın texnologiyası və rejimi
Qaynaq zamanı qazqarışdırıcılar (qorelkalar) tikiş boyu hərəkət etdirilir. Bu zaman qorelkanın qalyanının oxunun qaynaq edilən səth ilə müəyyən maillik bucağı əmələ gətirilir. Qaynaq sol və sağ olmaqla iki yerə bölünür. Sol qaynaqda qazqarışdırıcı sağdan sola aparılır. Onun alovu tikişin qaynaq edilməmiş yerinə yönəldilir. Sağ qaynaqda qazqarışdırıcı soldan sağa aparılır.
Sağ qaynaq qalınlığı 5 millimetrdən artıq olan hissələri, sol qaynaq isə qalınlığı 5 millimetrə qədər olan hissələri qaynaq etmək üçün işlədilir. Sağ qaynaqda tikişin keyfiyyəti daha yaxşı olur. Çünki ərimiş və soyumaqda olan metal daha uzun müddət qorunur. Lakin qalınlığı 5 millimetrə qədər olan təbəqələr qaynaq edildikdə sol qaynaq sağ qaynağa nisbətən daha məhsuldar olur. Çünki alovun məşəli qaynaq olunacaq hissələrin qabaqda yerləşən kənarlarını qızdırır.
Qaz qaynağının sürəti aşağıdakı göstəricilərdən asılıdır:
Doldurucu naqil - aşkar metalı doldurucu çubuq və ya naqil şəklində götürülüb qazqarışdırıcının alovuna daxil edilir. Burada əriyib vannaya tökülür. Vannada isə ərinmiş əsas metala qarışır. Vannadakı metal bərkidikdən sonra qaynaq tikişi yaradır.
Əlvan metalları və xəlitələri qaynaq etdikdə öz kimyəvi tərkibi ilə əsas metala yaxın olan naqil işlədirlər.
Çuqunun qaynaq edilməsi - çuqun hissələr təmir edildikdə və tökmədəki qüsurlar aradan qaldırıldıqda qaynaq edilir. Çuqun qaz vasitəsi ilə qaynaq edildikdə qaynaq ediləcək hissələr başlıca olaraq 400-600 dərəcə selsi qədər qızdırılır. Qızdırmada əsas məqsəd qaynaq tikişinin yaxınlığında ağarma və çat əmələ gəlməsinin qarşısını almaqdır.
Qaz qaynağı başlıca olaraq nazikdivarlı polad hissələri, eləcə də əlvan metallardan və xəlitələrdən hazırlanmış hissələri birləşdirmək üçün işlədilir. Belə hallarda qaz qaynağı elektrik qövs qaynağından üstün tutulur.
Qaz qaynağı üsulundan, əsasən, ağız-ağıza və bortlu birləşmələr üçün istifadə edirlər.