3.2. Qaz qaynağı
“Metalların qaz qaynağı” termini ilk dəfə 1840-cı ildə hava-hidrogen qorelkası vasitəsilə qurğuşunu qaynaq etmək üsulunun yaradılması zamanı işlənilib. Qaz qaynağı nisbətən sadədir, baha başa gələn avadanlıq tələb etmir, həm də elektrik enerjisindən istifadə olunmur.
Aparılan qaz qaynağının iki növü vardır:
Əritmə ilə aparılan qaz qaynağında qaynaq edilən hissələrin kənarları ərimə temperaturuna qədər qızdırılır. Qızdırılma zamanı həmin alov sahəsinə tutulan doldurucu naqil (aşkar metal) əriyib hissənin kənarları ilə ümumi vanna yaradır. Yəni bir-birinə qarışır. Vannanın metalı bərkidikdən sonra tikiş əmələ gətirir.
Metalın doldurucu naqilin əriməsi üçün istilik mənbəyi lazım olur. Bu istilik mənbəyi oksigen axınında yanar qazın yanmasında əmələ gələn alovdur.
3.2.1. Qaz qaynağında istifadə olunan qazlar
Qaz qaynağında yanıcı qaz kimi asetilen, hidrogen və başqa qazlardan istifadə edilir. Asetilen yanarkən daha yüksək temperaturlu alov yaradır. Buna görə də digər qazlara nisbətən daha çox işlədilir.
İstifadə olunan oksigen yanıcı qazın yanması üçün lazım olur. Oksigeni atmosfer havasından və ya elektroliz vasitəsi ilə sudan alırlar. Əsasən, ən çox atmosfer havasından alırlar. Bunun üçün havanı əvvəlcə maye halına keçincəyə qədər dəfələrlə sıxırlar. Sonra isə mayeləşmiş havanı oksigenə və azota ayırırlar. Oksigenin mayeləşmə temperaturu azotunkuna nisbətən yüksəkdir. Bundan istifadə edərək oksigen ayrılır. Oksigenin mayeləşmə temperaturu -183 dərəcə selsi, azotunku isə -196 dərəcə selsidir.
3.2.2. Qaynaq alovu
Metalın əridilməsi və qaynaq vannasının yaradılması qaynaq alovu ilə aparılır. Bununla yanaşı, qaynaq alovu karbonlaşdırıcı və oksidləşdirici olur. Yanar qaz ilə oksigenin nisbəti dəyişdirilməklə müxtəlif xarakterli alov alınır.
Normal alov. Əsasən, poladı və əlvan metalları qaynaq etmək üçün işlədilir.
Karbonlaşdırıcı alov. Asetileni çox olan alovdur. Çuqunun qaynaq edilməsində işlədilir. Oksidləşdirici alov. Oksigeni çox olan alovdur. Bürüncün qaynaq edilməsində işlədilir.
3.2.3. Generatorlar
Asetilen generatorları aşağıdakı göstəricilərinə görə qruplaşdırılır: