Karbonlu və azlegirlənmiş polad hissələrin yüksək keyfiyyətlə
qaynaq edilməsində istifadə olunur. Bununla yanaşı, tərkibində
0,25 faiz karbon olan poladın qaynaq olunmasında da tətbiq
olunur. Yüksək tələbata cavab verən qaynaq tikişi aradır. List
şəkilli inşaat konstruksiy alarının qaynaq edilməsində işlədilir.
|
|
Əsasən, əl qövs qaynaq qurğusunda istifadə üçün nəzərdə
tutulur. Aşağı temperaturlu hava şəraitində, yüksək məsuliyyət
tələb olunan sahələrdə geniş istifadə olunur. Lövhə şəkilli və
zərbələrə davamlı hissələrin qaynaq edilməsində tətbiq edilir.
|
|
Bu sinfə daxil olan qaynaq çubuqlarının ən keyfiyyətlisi hesab
olunur. Bununla yanaşı, karbonlu və azlegirlənmiş poladların
bütün sahələrdə qaynaq olunması üçün tətbiq edilir. Hətta
aşağı cərəyan şiddəti və gərginlikdə də istifadə oluna bilir.
|
|
Tərkibində az hidrogen olan qaynaq çubuğudur. Yüksək
zərbəyə davamlı qaynaq tikişi yaradır. Buna görə də dənizdə
boru konstruksiyalarının və çənlərin qaynaq edilməsində
istifadə olunur. Digər qaynaq işlərində birtərəfli qaynaq
tikişlərinin yaradılması üçün də tətbiq edilir.
|
|