3.1.7.2. Elektrik şlak qaynağı
Elektrik şlak qaynağı üsulu elektrik qövsü tətbiq edilmədən əritmə ilə baş-başa qaynaq üsuludur. Bu üsul maye şlakdan cərəyan keçərkən Coul-Lents qanunu üzrə istilik çıxmasına əsaslanmışdır.
Bu qaynaq üsulunda qaynaq ediləcək hissələr bir-birindən 20-25 millimetr aralı saxlanılır. Elektrod naqilini tutan yönəldicilər sərbəst keçə bilir. Hissələrin qalınlıqlarından asılı olaraq bir və ya bir neçə elektrod (naqil) ilə qaynaq etmək olar. Üçfazalı cərəyanla qaynaq daha yaxşı alınır. Elektrik şlak qaynağının əsas üstünlüyü müxtəlif qalınlıqda olan hissələri bir gedişlə qaynaq olunmasıdır. Bunun üçün az miqdarda flüs və elektrik enerjisi sərf olunur (Şəkil 3.12).
3.1.8. Elektriklə qaynaq etmədə istifadə olunan elektrodlar
Hal-hazırda yüksək keyfiyyətlə hazırlanmış 200 markaya yaxın elektrod nümunələri var. Bütün dünyada istifadə olunan elektrodlar iki böyük qrupa bölünür:
Göstəriciləri | İstehsal markası |
Keyfiyyətli qaynaq birləşdirilməsinin alınmasını təmin edir. Karbonlu və azlegirlənmiş polad hissələrin qaynaq olunmasında istifadə olunur. Bununla yanaşı, məişət texnikasının qaynaq olunmasında da tətbiq olunur. |
MR-3S (MP-3C) |