Qaynaq aparan zaman qaynaqçının gözlərini qorumaq üçün xüsusi qoruyucu sipərlərdən istifadə olunur (Şəkil 3.6).
İnvertor qaynaq aparatı - Çin istehsalıdır, geniş istifadə olunur (Şəkil 3.7.). Çin invertorları qaynaq qövsünü daha keyfiyyətli yaradır. Bununla yanaşı, Avropa və Amerikada istehsal olunan qaynaq aparatlarından geniş istifadə olunur. Yüksək səviyyədə sabit cərəyanla əla qaynaq tikişi yaradır. 7-8 kiloVatt gücündə trasformatordan ibarətdir. Qaynaq üçün 3 millimetr diametrində çubuqdan istifadə edilir. 2,5-3 kiloVatt gücə malik adi transformatorlardan istifadə edildikdə 50 faiz güc itkisinə yol verilir. Bu itki dəmirin qızdırılmasına və digər itkilərə səbəb olur. Ancaq invertordan bütün enerji qaynaq qövsünə sərf olunur.
Bu aparatın çəkisi 5-10 kiloqramdır. Bu isə onun əl ilə istənilən yerə aparılmasına imkan verir. Ən əlverişli istismar xüsusiyyətlərindən biri onun cərəyanı asanlıqla nizamlamasını təmin etməkdir. Hətta 15-20 A cərəyan şiddətinə qədər nizamlamaq mümkündür. İstifadə olunan qaynaq çubuğunun diametri 1,6 millimetr olduqda cərəyan şiddətini 20-40 A nizamlamaq olur. Bu aparatla fasiləsiz və uzunmüddətli qaynaq etmək mümkündür.
Qaynaq aparatında istifadə olunan elektrod quru olmalıdır. Markasından asılı olmayaraq misal üçün MR-ZS (MP-ЗС), OZS-12 (O3C-12) markalı elektrodlarda quru saxlanmalıdır.
Qaynaq zamanı qövsün alınmamasının səbəbləri araşdırılır. Bunun üçün elektrik mənbəyində gərginlik yoxlanmalı, elektrik naqillərinin uzunluğu və diametri düzgün seçilməli və şəbəkədə gərginliyin mövcudluğu yoxlanılmalıdır.