Flüs altında və mühafizəedici qaz mühitində qaynaq edərkən qaynaq məftili əriyən örtüksüz halda istifadə olunur. Qaynaq məftilləri 0,3-12 millimetr diametrində olur. Daha çox 2-5 millimetr diametrli məftillərdən istifadə edilir. Yumaq halında olan məftildən çubuqlar kəsilir və elektrod düzəltmək üçün istifadə olunur.
Elektrod örtüyü qaynaq prosesində qövsün sabit yanmasını təmin etmək, ərimiş metalı havanın oksigenindən və azotundan qorumaq, ərimiş metalı lazımi elementlərlə legirləndirmək işlərini yerinə yetirir.
Bütün tip elektrodlardan aşağıdakılar tələb olunur:
3.1.3. Elektrik qövsü ilə hissələrin qaynaq edilməsi
Benardos üsulu - bu üsul ilə qaynaqetmə aşağıdakı kimi aparılır. Elektrik qövsü qaynaq edilən hissə ilə qrafit elektrod arasında yaranır. Elektrod tutucuya bərkidilir. Elektrod tutucu isə elastik kabel ilə cərəyan mənbəyi qütblərindən birinə bağlanır. Əsasən, katoda (mənfi qütbə) birləşdirilir. Qaynaq ediləcək hissə (ölçüləri imkan verərsə) masanın üzərinə qoyulur. Sonra masa cərəyan mənbəyinin ikinci qütbü ilə birləşdirilir. Elektrodu qaynaq ediləcək hissəyə cəld toxundurub aralamaqla elektrik qövsü yaranır.
Əmələ gələn elektrik qövsü əsas metal ilə elektrod arasında dəyişməz məsafədə saxlanılır. Bu məsafə qövsün uzunluğunu müəyyən edir və təxminən elektrodun diametrinə bərabər olur. Temperaturu 5000 dərəcə selsidən yüksək olan qövs qaynaq ediləcək hissələrin kənarlarını əridir. Kənarları ərimiş metal ümumi bir vanna yaradır. Elektrod qaynaq edilən hissənin kənarları boyunca hərəkət etdirildikdə yeni-yeni metal hissəcikləri qızıb əriyir. Metal vannası hissənin kənarları boyunca artır. Soyuyaraq bərkiyib tikiş əmələ gətirir. Yaranan tikiş qaynaq edilən hissələri birləşdirir. Çox vaxt qaynaq vannası elektrik qövsünün alovuna daxil edilən doldurucu naqil hesabına doldurulur. Bəzən doldurucu naqili qabaqcadan tikiş hissəsinə yerləşdirirlər.