Səthlərin birləşdirilməsi aşağıdakı kimi aparılır:
Polivinil asetat PVA (ПВА) yapışqanı - Ağac hissələrinin birləşməsindən istifadə olunur. Tərkibində sağlamlığa zərərli olan heç bir maddə yoxdur. İstənilən formalı səthlərin birləşməsində istifadə olunur. Bir kvadrat santimetrə (1 sm2) altımış (60) kiloqrama qədər yüklənməyə tab gətirir. Müxtəlif növ ağacların birləşdirilməsində istifadə olunur. Bu marka yapışqanın çatışmazlığı davamlı nəmliyə az dözümlü olmasıdır (Şəkil 2.66).
Sindetik yapışqan - Bu yapışqanlar birləşdirilən hissələr arasında güclü yapışqan tikişi yaradır.