Birləşməni aparmazdan əvvəl tərkibinə və keyfiyyətinə görə yapışqan seçilir. Yapışqanın seçilməsi yerinə yetirilən işin növündən asılı olur. Məsələn, çöl şəraitində istifadə olunur və yaxud qırıq səthlərin birləşməsi nəzərdə tutulur. Yapışqandan istifadə zamanı nəmlik çox olduqda birləşmənin möhkəmliyi azalır. Birləşən səthlərdə bioloji təhlükə yaranır. Universal tərkibə malik yapışqanlardan istifadə edilə bilər. Bu zaman əsas göstəricidən necə istifadə olunmasıdır. Bir formalı yapışqan eyni növlü taxta hissələrinin birləşdirilməsində istifadə oluna bilər. Başqa növ taxtaların birləşdirilməsində ayrı növ yapışqandan istifadə olunur. Yapışqanın tərkibinə qoyulan əsas şərt ayrılmaz möhkəm birləşmə yaratmasıdır. Yapışqanlardan onların təyinatına uyğun düzgün istifadə olunmalıdır.
BF (БФ) seriyalı ağac yapışqanı - müxtəlif növ ağacların birləşdirilməsində istifadə olunur (Şəkil 2.63). Bununla yanaşı, bu seriyadan olan BF (БФ)-4 (Şəkil 2.64) və BF (БФ)-2 (Şəkil 2.58) markalarından müxtəlif materialların yapışdırılmasında istifadə olunur. Məsələn, şüşənin, plastik materialın və metalın birləşdirilməsində tətbiq olunur. BF (БФ)-2 markalı yapışqan nəmliyə və istiliyə davamlıdır. Buna görə də xarici işlərdə geniş istifadə olunur. BF (БФ)-4 markalı yapışqan isə daxili işlərdə istifadə edilir. BF (БФ, Şəkil 2.65) markalı yapışqandan istifadə etdikdə bir neçə qatın yaradılmasına ehtiyac yoxdur. Bu birləşmə keyfiyyətinə təsir etmir. Yapışqandan istifadə etməzdən əvvəl birləşdiriləcək səth yağdan təmizlənməlidir.