6.3.6.2. Yük daşıyan nəqliyyat vasitələri
N3 - kateqoriyalı nəqliyyat vasitəsi (Şəkil 6.8) yük daşınmasında istifadə olunur, maksimal texniki kütləsi 12 tondan çox hesab olunur.
6.3.6.3. Xüsusi nəqliyyat vasitələri
O - kateqoriyalı nəqliyyat vasitəsi (Şəkil 6.9) qoşqu və yarımqoşqunu özündə birləşdirir, yük daşınmada istifadə olunur, maksimal texniki kütlədən asılı olaraq qruplara ayrılır.
6.3.6.4. Nəqliyyat vasitəsinin seçilməsi
Yükün düzgün daşınması üçün ona uyğun avtomobil modelinin seçilməsidir.
6.3.6.5. Yaşayış və ofis yüklərinin daşınması
Yaşayış və ofis yüklərinin daşınması (Şəkil 6.10) üçün mebel furqonları, bortlu yük və tentli avtomobilləri uyğun hesab olunur.
6.3.6.6. Tez xarab olan yemək məhsullarının daşınması
Tez xarab olan yemək məhsulları (Şəkil 6.11) izotermik furqonlarda və refrijeratorlarda daşınır. |