Ümumi tələblər! M3, N3 və O kateqoriyalı nəqliyyat vasitələrinin maksimal eni 2,55 millimetrdən çox olmamalıdır. İzotermik banlı nəqliyyat vasitələrinin 2,60 metr maksimal eninə icazə verilir, texnikası üzrə təlimatlanmalıdır.
M3, N3 və O kateqoriyalı nəqliyyat vasitələrinin maksimal hündürlüyü 4,00 metrdən çox olmamalıdır.
Nəqliyyat vasitələrinin yol verilən kütlə parametrləri həm yolun mühafizəsi, həm də nəqliyyat vasitəsinin yük götürməsindən səmərəli istifadə edilməsi məqsədini daşıyır. Burada əsas göstərici kimi avtomobilin hər oxuna düşən yükün kütləsi qəbul edilmişdir.
Oxlararası məsafə, metr | Oxlara düşən maksimal kütlə, ton |
2 - dən çox | 11,5 (10) |
1,65 - 2 | 10,5 (9) |
1,35 - 1,65 | 9 (8) |
1 - 1,35 | 8 (7) |
1 | 7 (6) |
Daşınan hər yükün xarakterinə görə onun təhlükəsizliyi təmin edilməlidir. Yüklərin təhlükəsizliyi onların daşınmaya yararlılıq qabiliyyəti ilə xarakterizə oluna bilər. Bu yüklərin növündən asılıdır.