Yaşadığınız və ya təhsil aldığınız ərazidə fəaliyyət göstərən fermer təsərrüfatlarına və texniki
xidmət servis mərkəzinə səfər edərək traktorların markaları və onların texniki səciyyələri,
həmçinin, təkərli və tırtıllı traktorların hərəkət hissələrinin elementləri ilə tanış olun.
Traktorların markalarına uyğun olaraq mexaniki, hidravlik və pnevmatik əyləc sisteminin
elementlərini, iş prinsiplərini müqayisə etməklə araşdırın. Traktorun markasına uyğun olaraq
texnikanı hərəkət etdirin və müəyyən məsafədə əyləclənməni yoxlayın.
Tırtıllı traktorun yerişli hissələrinin elementlərini öyrənməklə onun hissələrinə texniki xidmətin
aparılmasını həyata keçirin. Texniki xidmət aparılan zaman hansı alət və avadanlıqlardan istifadə
olunduğunu müəyyənləşdirin.
Təkərli və tırtıllı traktorların hərəkət hissələrini müqayisə edin, onların hansı hissələrinin bir -
birindən fərqləndiyini sadalayın.
Təkərli traktorlarda ön şinlərin arxa şinlərdən tez yeyilmə səbəblərini aydınlaşdırın.