5.5. Qoşquda ətalətli əyləc sistemi. Diskli əyləc
Traktora aqreqatlaşan qoşqunu idarə etmək üçün onun əyləc sistemi traktorun əyləc sisteminə birləşdirilməlidir
5.5.1. Ətalətli əyləc sisteminin üstünlükləri və iş prinsipi
Tam kütləsi 3,5 tondan çox olan qoşqularda pnevmatik əyləc sistemi qoyulur. Tam kütləsi 3,5 tondan az olan qoşqularda isə ətalətli və ətalətsiz elektrik - hidravlik tipli əyləc sistemləri istehsal edilir. Mexaniki ətalətli əyləc sistemləri daha çox təşəkkül tapmışdır. Onun üstünlüyü ondadır ki, sadədir, etibarlıdır, ucuz başa gəlir, dartıcı nəqliyyat vasitəsinə tələbatı olmur. Ən başlıcası isə yüksək səmərəli olmasıdır. Bu cəhətlərinə görə dünyada geniş tətbiq edilir. Qoşqularda ətalətli əyləcdən istifadə geniş yayılmışdır (Şəkil 5.9). Ətalətli mexaniki əyləc ona görə adlanır ki, qoşqunun hərəkət vaxtı aldığı ətalət qoşquda əyləcləri qoşur. Rusiyada AL - KO və Autuflex - Peitz Mexaniki ətalətli əyləcdən istifadə edilir. Mexaniki ətalətli əyləclərlə yanaşı, hidravlik ətalətli əyləc sistemi də tətbiq edilir.
5.5.2. Traktorun qoşqu ilə aqreqatlaşması
Traktorun qoşqu ilə aqreqatlaşması (Şəkil 5.10) zamanı əyləc sisteminə diqqət edin.
5.5.3. Diskli əyləc
Diskli əyləc digər əyləclər kimi nəqliyyat vasitə - sinin dayandırılması üçündür. Quruluşuna daxildir (Şəkil 5.11): 1 - Əyləc şlanqı, 2 - təkər əyləc silindri; 3 - əyləc qəlibləri; 4 - əyləc diski; 5 - mühafizə qabığı; 6 - təkərin birləşdirilməsi üçün sancaq. Diskli əyləc keyfiyyətli əyləcləmə effekti yaradır. |